H.Ələsgərov ev A, m.23
+994(50) 598-06-02

Haqqımızda

“NERA GROUP” MMC

Təmir, Tikinti və Layihələndirmə

“NERA GROUP” MMC 2022-cı ildən fəaliyyət göstərir. Şirkətimiz qısa zaman ərzində bir çox dövlət və özəl layihələr həyata keçirərək ciddi şirkətlərlə əməkdaşlığa nail olmuşdur. Təcrübəli və peşəkar mühəndislərimizin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan layihələrin öhdəsindən asanlıqla gəlirik. Müştəri məmnuniyyətinin prioritet olduğunu bilirik və üzərimizə götürdüyümüz layihənin məsuliyyətini dərk edərək layİhənin vaxtında, xətasız və müştərini məmnun edəcək səviyyədə yerinə yetiririk. Məqsədimiz təmir tikinti quraşdırma sahəsində beynəlxalq standartlarda mövcud olan texnologiya və metodları Azərbaycanda tətbiq etmək və müştərilərə kompleks xidmətlər təklif etməkdir. Məhz bu səbəbə görə, komandamız mütəmadi olaraq təlim və treyninqlərdə iştirak edərək muasir mühəndislik və inşaat texnologiyalar haqqında biliklərini yeniləyir. “NERA GROUP” MMC layihənin əvvəlindən sonuna qədər lazim olan bütün işlərin həyata keçirilməsi xidmətini təqdim edir. Hər bir layihəyə öz işimiz kimi yanaşaraq, müştəri ilə birlikdə komanda şəklində hərəkət edirik. Layihələrin vaxtında təhvil-təslim prosesinə, eyni zamanda mükün olan ən yüksək keyfiyyətinə həssaslıqla yanaşırıq. Bizim üçün ətraf mühitin mühafizəsi və işçi heyətinin təhlükəsizliyi vacib olduğu qədər də əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsinə və Beynəlxalq Ekoloji İdarəetmə Standartının tələblərinə riayyət etməklə yanaşı, bütün tərəfdaşlarımızdan da bu tələblərə riayət etməsini tələb edirik.

NƏ ÜÇÜN BİZ